Məscid Bakının Bülbülə qəsəbəsində, Mövsüm Bəydəmirov küçəsində yerləşir. İbadət evi XIX əsrdə Kərbəlayı Ağabalabəy adlı şəxs tərəfindən inşa edilib. İnşa tarixi məscidin giriş qapısının qarşısındakı eyvanın üstündəki lövhədə qeyd olunub.

İbadətgahın 4 metr hündürlüyündə bir minarəsi var. Minarənin üzərində səkkiz pəncərə mövcuddur. Məscid iki hissədən ibarətdir: kişi və qadın şöbələrindən. Qadınların ibadət zalı ikimərtəbəlidir. İbadət evinin əsas zalında divara Quran ayələri həkk edilib. Məscidin minbəri taxtadandır və şəbəkə ilə yığılıb.

Məscidin həyətində əlavə otaqlar yerləşir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az