8 oktyabr tarixində Əfqanıstanın Kunduz şəhərindəki şiə məscidində cümə namazı vaxtı partlayış baş verib. Partlayış nəticəsində təxminən 100 nəfər həlak olub, 200 nəfər yaralanıb. Bu barədə apnews xəbər verib.

Sosial mediada yayılan video və şəkillərdən görünür ki, dağılmış məsciddə çox sayda ölü və yaralı var.

Taliban sözcüsü Zabihullah Mücahid partlayış haqqında məlumatı təstiqləyib, hədəfə alınan şiə məscidində çox sayda ölü və yaralı olduğunu və orada araşdırma aparıldığını bildirib.

Partlayışın səbəbi məlum deyil və hələ heçkim məsuliyyəti üzərinə götürməyib.

Əgər həlak olanların sayı təstiqlənərsə, bu, ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra ən böyük hadisə olacaq.

***

8 oktyabr 20:50

Report.az verdiyi məlumata görə, İŞİD silahlı qruplaşması Əfqanıstanın məscidində baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.