Seyyid Ocaqnejadın İranda olduğu bildirilib. Bu barədə sentyabrın 7-si milli.az xəbər verib.

Sosial şəbəkələrdə və bir sıra xəbər agentliklərində Seyyid Ocaqnejadın Azərbaycanı tərk etməsi xəbəri verilib. Bəziləri onun İrana getməsini Hüseyniyyə məscidinin və orada olan ofisin bağlanması ilə əlaqələndiriblər.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Ocaqnejad artıq bir aydır ki Tehandadır.

Oktyabrın 5-i Bakı Hüseyniyyə məscidi polis tərəfindən bağlanılıb. Məscidin işçiləri ibadətgahdan çıxarılıb. Buna səbəb kimi məscidin yerləşdiyi ərazidə koronavirusa yoluxma sayının artması qeyd olunub. İranın ali dini lideri Ayətullah Xameneinin ofisi Hüseyniyyə məscidində yerləşir. Lakin ofislə məscidin girişləri ayrıdır.

Seyyid Ocaqnejad İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəridir. O, eyni zamanda Ayətullah Xameneinin Azərbaycanda olan nümayəndəsidir.