Məscid Masallı rayonunun Köcəkli kəndində, Sərhəddin Rəhimov küçəsində yerləşir.

Kənd ərazisində ilk məscid XIX əsrdə tikilmişdir, lakin yağış suları və baxımsızlıq nəticəsində dağılmışdır. 2008-ci ildə köhnə məscidin yerində yerli sakinlərin vəsaiti hesabına yeni məscidin inşası başlamışdır. Bu ibadət evi 2014-cü ildə istifadəyə verilmişdir.

Məscidin tutumu 300 nəfərdir. İbadətgahın minarəsinin hündürlüyü 24 metr təşkil edir. Məsciddə işıqlandırma, isitmə və havalandırma sistemi quraşdırılmışdır. Həmçinin məscidin həyətində Hüseyniyyə binası (şiə xatırlama mərasimləri, Məhərrəm Əzadarlıq ilə bağlı bir camaat salonu) da mövcuddur.

Mənbələr:  

  1. Aqşin Mistanlı. Cənub bolgəsinin abidələr ensiklopediyası. Bakı 2020.
  2. https://kataloq.gomap.az