Məscid Lənkəran rayonunun Tükəvilə kəndində, Həzi Aslanov küçəsində yerləşir. İbadət evi 1988-ci ildə inşa edilib. İbadətgah Hacı Barat Əsədulla adlı şəxs tərəfindən tikilib.

Məscid düzbucaqlı formadadır və mişar daşından hörülüb. İbadətgahın qapıları, pəncərələri və tavanı taxtadandır. İbadət evinin damı şiferlə örtülüb. Məscidin ön tərəfində açıq eyvan yerləşir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. https://kataloq.gomap.az