Məscid Lənkəran rayonunun Bala Şürük kəndində yerləşir. İbadətgah XIX əsrin ortalarında inşa edilib. İbadət evi kənd sakini Kərbəlayı İbadulla Mirmusa oğlunun təşəbbüsü ilə tikilib.

Bala Şürük kənd məscidi düzbucaqlı formaya malikdir və qırmızı kərpicdən inşa olunub. Məscidin damı və günbəzi qırmızı kirəmitlə işlənib. Güldəstə formasında olan günbəzin hündürlüyü 2 metrdir. İbadətgahın taxtadan tağvari formada iki qapısı var. Məscidin tavanı taxtadandır və düzbucaqlı formadadır. Tavan iki taxta və kərpicdən tikilmiş bir sütun üzərində dayanıb.

Sovet dövründə məscid anbar kimi istifadə olunub. 1991-ci ildən burada təmir-bərpa işləri aparılıb və məscid yenidən fəaliyyətə başlayıb.

Lənkəran rayonu Bala Şürük kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.