Bugün, oktyabr ayının 7-si səfər ayının son günüdür. Məhərrəmin matəm günləri bitmək üzrədir.
Məhərrəmlik İmam Hüseynin (ə.s) qətli ilə əlaqədar matəm günləri hesab edilir. Matəm məhərrəm ayının əvvəlindən başlanır və səfər ayının 20-dək davam edir. İmamın qətlə yetirildiyi gün (Aşura günü) məhərrəmin 10-u qeyd olunur. Aşuradan 40 gün sonra Ərbəin keçirilir və bununla matəm günləri bitir. Lakin Əhli Beyt (ə.s) davamçıları səfər ayının sonuna kimi matəm saxlamağı tərcih edirlər.
Bu il məhərrəm ayı avqustun 10-u daxil olub. Aşura günü 19 avqusta, Ərbəin isə 29 sentyabr tarixinə təsadüf edib.
Məhərrəm və səfər aylarının mühüm hadisələri arasında Həzrəti Abbasın (ə.s), İmam Hüseynin (ə.s) və ailəsinin, Məhəmməd Peyğəmbərin (s), İmam Həsənin (ə.s) və İmam Rzanın (ə.s) vəfatı günlərini qeyd etmək olar.