5 oktyabr tarixində Səudiyyə Ərəbistanı Müslim əl-Möhsin adlı şiəni edam edib. Bu barədə arabic.cnn xəbər verib.
Məlumata görə, çərşənbə axşamı Səudiyyə DİN-in verdiyi açıqlamada bildirilib ki, Müslim əl-Möhsin daxili təhlükəsizliyin sabitliyini pozmaq məqsədi daşıyan qruplaşmada iştirak edib və bir polisi öldürüb.
Avropa İnsan Haqları Təşkilatı bu ittihamları boş və əsassız olunduğunu bildirib.
Sentyabrın 6-ı Səudiyyə Ərəbistanının Qətif vilayətində şiə fəal Adnan bin Mustafa edam edilib. 3 avqust tarixində isə Qətif şəhərindən digər şiə müsəlmana edam hökmü verilib. Bu ilin əvvəlindən ölkədə ən azı 40 adam edam edilib.