6 oktyabr tarixində Qazaxıstanın Nur-Sultan şəhərində Allahşükür Paşazadənin iştirakı ilə Dünya və Ənənəvi Din Liderləri Qurultayının Katibliyinin XIX iclası keçirilir. Bu barədə Qafqaz Müsəlmanarı İdarəsi məlumat verib.
İclasda dünya dinlərinin liderlərinin nümayəndələri, İslam, xristianlıq, yəhudilik, buddizm, taoizm, şintoizm, hinduizm və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Tədbirdə dinlərarası və mədəniyyətlərarası dialoq məsələləri müzakirə edilir.
Daha öncə Allahşükür Paşazadə Qazaxıstan Senatının sədri və dövlət katibi ilə görüşüb.
Dünya və Ənənəvi Din Liderlərinin Konqresi ilk dəfə 2003-cü ildə Qazaxıstanın paytaxtında Nursultan Nazarbayevin təşəbbüsü ilə keçirilib.