Məşhəddən Məkkəyə magistral yolun çəkilməsi gözlənilir. Bu yolun Kərbəladan keçəcəyi bildirilib. Bu barədə oktyabrın 6-ı İQNA xəbər verib.
Verilən xəbərə görə, bu məsələ İran, İraq və Səudiyyə rəsmilərinin üçtərəfli görüşündə müzakirə edilib. İraqın Baş naziri Məşhəd-Kərbəla-Məkkə magistral yolunun inşasını təklif edib. Digər üç tərəfin bu təklifi dəstəklədiyi bildirilib. Hazırda yolun tikintisi planlaşdırılır.
Görüş zamanı iranlı nümayəndələr Səudiyyə vətəndaşlarının şiələrə qarşı təzyiqlərinin azaldılmasını və onların da ziyarət üçün Məşhədə buraxılmasını istəyiblər.
Qeyd olunub ki, bu yol üç ölkə arasında əlaqələrin möhkəmlənməsinə də müsbət təsir göstərəcək. Buna səbəb Məşhəd, Kərbəla və Məkkə şəhərlərində müxtəlif İslam məzhəblərinin yaşamasıdır.
Məşhəd şəhərində İmam Rza (ə.s), Kərbəlada İmam Hüseyn (ə.s) dəfn olunub. Məkkədə isə müsəlmanların qibləsi, Kəbə evi yerləşir. Hər üç şəhər dünyanın ən böyük ziyarət ocaqları hesab edilir.