Məscid Lənkəran rayonunun Sinovlu kəndində yerləşir. İbadətgahın 1994-1996-cı illərdə inşa olunub. İbadət evi kənd sakinləri Rəfiyev Şahab Teymurun və İbiyev Əjdər İmaməlinin təşəbbüsü və digər kənd sakinlərinin vəsaiti ilə tikilib.
İbadətgah düzbucaqlı formadadır, çay və mişar daşları ilə hörülüb. İbadət evinin damı şiferlə örtülüb. İbadətgahın tavanı taxtadandır və iki dəmir boru sütun üzərində dayanıb. İbadət zalında altı tağvari formalı pəncərə qoyulub. Məscidin iki giriş qapısı var. İbadətgahın pəncərələri və qapıları göy rəngdədir. Minbəri taxtadandır və üçpilləlidir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.