Bugün, oktyabrın 6-ı İmam Rzanın (ə.s) şəhadətinin ildönümüdür. Həzrəti Rza (ə.s) məsum imamların səkkizincisidir. Həzrətin atası İmam Museyi-Kazım (ə.s), anası isə zamanın görkəli xanımlardan sayılan Nəcmiyyə xanım idi. İmamın adı Әli, ləqəbi isə Rzadır.
İmam Rza (ə.s) hicrətin 148-ci ilinin zilqidə ayının 11-də Mədinə şəhərində anadan olub. İmamın atası İmam Musa (ə.s) xəlifə Harunun zindanında şəhid olduqdan sonra Həzrəti Rza İmamət məqamına çatıb. Onun imamət dövrü Abbasi xəlifələri Harunun və ondan sonra onun oğulları Əmin və Mənunun zamanında keçib.
İmam Rza (ə.s) hicrətin 203-cü ilinin səfər ayının 30-da, şəhadətə çatıb. İmam Abbasi xəlifəsi Məmunun əmri ilə zəhərləndirilib. Peyğəmbər (s) buyurmuşdur: “Mənim bədənimin bir parçası (övladlarımın biri) Xorasan torpağında dəfn olunacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, Cəhənnəm odunu isə haram edər“. (Şeyx Səduq “Uyunul-əxbar” və “Əmali”)