Ayətullah Xameneinin Bakıdakı ofisinin bağlanması xəbəri təkzib edilib. Bu barədə oktyabrın 5-i giperssilkaİSNA xəbər verib.

Ayətullah Xameneinin ofisi məsciddə yerləşdiyindən dünən onun da bağlanması bildirilib. İran mediası bu xəbərlərin həqiqətə uyğun olmamasını qeyd edib. Verilən məlumata görə, bağlanan yalnız Hüseyniyyə məscidi olub.

Azerforum-un verdiyi xəbərə görə, Hüseyniyyə məscidi ilə birgə İranın ali rəhbərinin ofisi də bağlanıb. Qafqazinfo-nun məsciddən çəkiliş aparması ilə həm məscidin, həm də ofisin bağlı olması haqda xəbər verilib.

Oktyabrın 5-i səhər saatlarında Bakının Hüseyniyyə məscidi polis əməkdaşları tərəfindən bağlanıb. Məscidin işçiləri ibadətgahdan çıxarılıb. Buna səbəb olaraq ərazidə yayılan koronavirus yoluxmasının artması bildirilib.