5 oktyabr tarixində 20:00-da Peyğəmbərin (s) və İmam Həsənin (ə.s) vəfatı münasibətilə Məşədi Dadaş məscidində onlayn şəkildə əzadarlıq mərasimi keçiriləcək. Bu barədə Hacı Şahin Həsənlinin telegram kanalında məlumat yayılıb.

Məhəmməd Peyğəmbər (s) dünyasını hicrətin 11-ci ilində səfər ayının 28-i dəyişib. Bəzi mənbələrdə onun bir qadın tərəfindən zəhərləndirilərək öldürülməsi bildirilir. Həzrəti Məhəmməd başını İmam Əlinin (ə.s) sinəsinə qoyaraq can verib. Onun qüslunu verən və cənazə namazını qılan şəxs də məhz İmam Əli olub. Allahın Rəsulu Mədinə şəhərində, yaşadığı evdə dəfn edilib.

Məsum İmamların ikincisi İmam Həsən (ə.s) hicrətin 50-ci ilində Müaviyənin əmri ilə zəhərləndirilib. O öz həyat yoldaşı Cüdənin əli ilə şəhadətə çatıb. Həzrətin ömrü 48 il, imamət dövrü isə 10 il sürüb. İmam Həsən Müctəba Mədinə şəhərinin Bəqi qəbiristanlığında dəfn edilib.