Məscid Lənkəran rayonunun Qumbaşı kəndində yerləşir. İbadət evi 1988-ci ildə kənd camaatının vəsaiti hesabına inşa edilib.
İbadət evi kərpicdən tikilib. Məscidin tavanı taxtadan, damı isə kirəmitlə işlənib. İbadətgahın tavanı üç sütun üzərində yerləşir. Məscidin taxtadan və tağvari formada iki giriş qapısı var. İbadət evinin günbəzi güldəstə formasındadır və dördguşəlidir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.