Məscid Lənkəran rayonunun Kənarmeşə kəndində yerləşir. İbadətgahın bünövrəsi 1996-cı ildə qoyulub. Məscid Fazil Xəlil oğlu Bağırov adlı şəxsin təşəbbüsü və Bağırovlar ailəsinin vəsaiti hesabına tikilib. İbadət evi “Bağıroba” adı ilə də tanınır.

Məscid kərpicdən inşa edilib, damı qırmızı kirəmitlə örtülüb. İbadətgahın güldəstə formasında olan günbəzi altıguşəlidir və hündürlüyü iki metrdir. Məscidin iki giriş qapısı var. İbadət zalında səkkiz tağvari formalı pəncərə qoyulub. İbadətgahın tavanı taxtadandır.

Məscid 2013-cü ildə əsaslı təmir olunmuşdur.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.