Bakının Hüseyniyyə məscidinin bağlanma səbəbi koronavirus olub. Bu barədə oktyabrın 5-i Report xəbər verib.

Verilən xəbərə görə, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məscidin bağlanma səbəbini açıqlayıb. O, son günlər Bakının bəzi yerlərində koronavirus yoluxması hallarının artmasını bildirib. Bu ərazilərdən birində də Hüseyniyyə məscidi yerləşir.

Ayətullah Xameneinin ofisinin bağlanması səbəbi kimi isə ofisin məsciddə yerləşməsi qeyd olunub. DİN-in verdiyi məlumata əsasən, hazırda Hüseyniyyədə epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Bugün, oktyabrın 5-i Gənclik metrosunun yaxınlığında yerləşən Hüseyniyyə məscidi və Ayətullah Xameneinin ofisi bağlanıb. Məscidin açarları polislər tərəfindən alınıb, məscidin xidmətçiləri isə ibadətgahdan çıxarılıb.