Bugün, oktyabrın 5-i Gənclik metrosunun yaxınlığında yerləşən Hüseyniyyə məscidi və Ayətullah Xameneinin ofisi bağlanıb. Bu barədə giperssilka.ru xəbər verib.
Məlumata görə, bugün səhər saatlarında məscidin açarları polislər tərəfindən alınıb, məscidin xidmətçiləri isə ibadətgahdan çıxarılıb. Həmçinin Seyyid Əli Xameneinin Azərbaycandakı ofisi də bağlanılıb.
Ovqat.com-un verdiyi xəbərdə bildirilir ki, İranın təzyiqləri davam etdikcə, bu ölkə ilə bağlı başqa qurumların da bağlanacaq.
Hüseyniyyə məscidinin axundu Seyid Əliəkbər Ocaqnejaddır. O, 1995-ci ildən etibarən Bakıdakı İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsini icra edir.
Son günlər İranla Azərbaycan arasında gərginlik yaşanır. İran Azərbaycanı iki ölkə sərhədi yaxınlığında üçüncü ölkənin qüvvələrinin olmasında ittiham edir. Oktyabrın 4-də İlham Əliyev Cərbayıla səfər zamanı bu ittihamları rədd edib və bunun cavabsız qalmayacağını bildirib.