Məscid Astara rayonunun Təngərüd kəndində yerləşir. İbadətgah, həmçinin Həzrət Əli məscidi adlandırılır. İbadət evi 1989-cu ildə kənd sakinləri tərəfindən inşa edilmişdir. Məscidin imamı Sabir Zahidovun sözlərinə görə, buranın tikilməsinə məscidin keçmiş imamı Feyzulla Allahverdiyev dəstək olub.

Məsciddə eyni anda 200 nəfər ibadət edə bilər. İbadətgahın binası və qoşa minarəsi kərpicdən tikilib. Minarələrin hündürlüyü 15 metr təşkil edir. İbadət evinin günbəzi 2 metrdir. Minarələrinin və günbəzin üstündə aypara rəmzi quraşdırılıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı – 2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı – 2020.
  3. https://www.faktxeber.com