Almaniyanın Berlin və Hamburq şəhərlərində İslam Peyğəmbərin (s) rehləti (vəfatı), İmam Həsənin (ə.s) və İmam Rzanın (ə.s) şəhadəti münasibətilə əza məclisləri keçirilir. Mərasimlər 4-7 oktyabr tarixlərində şəhərlərin İslam Mərkəzləri tərəfindən təşkil olunur. Bu barədə İQNA xəbər verib.