1 oktyabr tarixindən etibarən Səudiyyə Ərəbistanı Ümrə ziyarətinə gündə 100 min zəvvarın iştirakına icazə verib. Bu barədə alarabiya.net xəbər verib.
Məlumata görə, ziyarətə yalnız peyvənd olunmuş şəxslər buraxılacaq. Məscidul-Həramda isə gündəlik 60 min zəvvarın ibadətinə icazə verilib.
2020-ci ilin mart ayında Səudiyyə Ərəbistanı koronavirusa görə Ümrə ziyarətinin fəaliyyətini dayandırıb. 9 avqust tarixindən etibarən peyvənd olunmuş əcnəbi vətəndaşlara Kəbəni ziyarət etmək icazəsi verilib. 2 oktyabr tarixinədək Ümrə ziyarətində gündəlik 70 min zəvvar iştirak edib.