Roma Papasının Nigeriyada şiələrin öldürülməsinə laqeyd yanaşması sosial şəbəkələrdə tənqidə səbəb olub. Bu barədə oktyabrın 2-i shianews xəbər verib.

Papa Fransisk Nigeriya Prezidenti Məhəmməd Bohariniyə müraciət edərək, onu ölkədə baş verən cinayətlərin qarşısını almağa çağırıb. Lakin son günlərdə ölkədə öldürülən şiələr barədə Papa heç bir rəy bildirməyib.

Sentyabrın 26-ı Kaduna əyalətində naməlum silahlılar tərəfindən 34 nəfər qətlə yetirilib, 7 nəfər isə yaralanıb.

Sentyabrın 28-i Nigeriyanın Abuja-Kubva avtomobil yolunda Ərbəin yürüşü keçirən 56 müsəlman həbs olunub. Həmin gün paytaxt Abucada polisin Ərbəin mərasiminə hücumu nəticəsində ən azı üç nəfər şəhid olub, onlarla insan yaralanıb. Yaralılar arasında qadın və uşaqların olması da bildirilib.

Bu ilin mart ayının 6-sı Roma Papası şiə liderlərindən biri olan Ayətullah əl-üzma Seyid Sistani ilə görüşüb. Görüşdə din maarifi, dünyada sülh, sabitlik və əmin-amanlığa verilə biləcək töhfə müzakirə edilib.