3-6 oktyabr tarixlərində Peyğəmbərin (s) vəfatının ildönümü münasibətilə Nəcəfin İmam Əli (ə.s) müqəddəs hərəminə qiyabi ziyarət təşkil olunur. Bu barədə hərəmin saytında xəbər verilib.
Məlumata görə, müqəddəs hərəmin İnformasiya Departamenti qiyabi ziyarət üçün proqram tərtib edib. İştirak edən hər bir kəsin yerinə İmam Əlinin (ə.s) hərəmində iki rükət namaz qılınacaq. Qeydiyyatdan keçmək üçün linkə https://www.imamali.net/zyara/ daxil olmaq olar.
Bu ilin məhərrəm ayının 1-10-cu günlərində İmam Hüseyn (ə.s) hərəmində də qiyabi ziyarət təşkil olunmuşdur. Qeydiyyatdan keçən insanların yerinə hərəm xidmətçiləri ziyarət etmişlər və onların adından iki rükət namaz qılmışlar.