Məhəmməd Peyğəmbərin (s) karikaturasını çəkən Lars Vilks 75 yaşında yol qəzasına uğrayaraq ölüb. Bu barədə oktyabrın 4-ü BBC xəbər verib.
Hadisə İsveçin Markarud şəhərinin yaxınlığında baş verib. Lars Vilksin avtomobili yolda yük maşını ilə toqquşub. Nəticədə hər iki maşın alışaraq yanıb, Lars Vilks və onu qorumaq üçün avtomobildə olan iki polis əməkdaşı ölüb, yük maşınının sürücüsü isə yaralanıb.
2007-ci ildə Lars Vilks Məhəmməd Peyğəmbərin (s) təhqiredici karikaturasını çəkib. Karikatura İsveçin “Nerikes Allehanda” qəzetində dərc edilib və müsəlmanların qəzəbinə səbəb olub. 2010-cu ildən ömrünün sonunadək Vilks polisin himayəsi altında yaşayıb.