Məscid Lənkəran rayonunun Türkəkəran kəndinin Cəfəroba məhəlləsində yerləşir. İbadət evinin inşa tarixi 1988-ci ilə aid edilir.
İbadətgah düzbucaq formaya malikdir və mişar, çay daşları ilə tikilib. Məscidin iki giriş qapısı var. İbadət zalında tağvari formada altı pəncərə qoyulub. Məscidin tavanı taxtadandır, damı isə şiferlə işlənib.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.