Məscid Lənkəran rayonunun Havzova kəndində yerləşir. İbadətgahın bünövrəsi 1995-ci ildə qoyulub.

Məscid mişar daşı ilə tikilib və düzbucaq formaya malikdir. İbadət evinin damı kirəmitlə örtülüb. Məscidin iki giriş qapısı və altı pəncərəsi var. Tağvari formaya malik olan qapı və pəncərələr taxtadan düzəldilib.

Bu kəndin ərazisində XIX əsrdən qədim bir məscid mövcud olub. Bu qədim məscid haqqında 1856-1870-ci illərə aid Rusiya imperiyasının hərbi dəftərxanalarındakı sənədlərində belə qeyd olunur: “Havzova kəndi Bakı Quberniyasının Lənkəran qəzasında, qəza mərkəzindən 12 verst aralıda, Havzava çayının qaynar bulaqlara töküldüyü yerdə yerləşir… Kənddə qaynar bulaqlardan 4 verst aralıda məscid var və kənd sakinləri məhərrəm aylarında məscidə gəlir, ziyarət edir və orada İmam Hüseyn ehsanı verir”.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.