Məscid Lənkəran rayonunun Həftoni kəndində, Sultan Əliyev küçəsi 74-də yerləşir. İbadətgah 1990-cı ildə inşa olunub. Məscid kənd sakini Molla Məstəlinin (Mərdiəlinin) vəsaiti və təşəbbüsü ilə tikilib.

İbadətgah düzbucaq formada qırmızı kərpicdən inşa olunub. Məscidin damı kirəmitlə örtülüb. İbadət evinin döşəməsi torpaq, tavanı isə taxtadandır. Tavan altı boru sütun üzərində dayanıb. Məscidin tağvari formalı iki qapısı və səkkiz pəncərəsi var.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. kataloq.gomap.az