Məscid Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Nehrəm qəsəbəsində yerləşir. İbadətgah hicri-qəməri təqvimi ilə 1312-ci (1894) ildə inşa edilib. Məscidin daxili güllü ornamentlərlə bəzədildiyi üçün buraya Güllü məscidi deyirlər.

İbadət evi kərpicdən tikilib və kvadrat formaya malikdir. İnşa zamanı burada minarə tikilməmişdir. Lakin 1992-ci ildə məsciddə 13 metr hündürlüyündə minarə ucaldılıb.

İbadət evi iki hissəyə bölünüb: kişi və qadın zallarına. Burada eyni anda 300 nəfər ibadət edə bilər.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Güllü məscidi – Məscid və minarələr | Kataloq GoMap.Az