Sentyabrın 30-u Belçikanın Konstitusiya Məhkəməsi heyvanların halal kəsiminə qoyulan qadağanı təstiq edib. Bununla bağlı cümə günü Belçikadakı müsəlmanlar Fransanın Strasburq şəhərindəki Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək qərarına gəliblər. Bu barədə shafaqna xəbər verib.
Yeni qanuna əsasən, heyvanların İslam şəriətilə kəsilməsi qadağan olunur və onların elektrik cərəyanı ilə öldürülməsi tələb edilir. Bu isə İslam şəriətinə ziddir.
Bu qərar 2019-cu ildə qüvvəyə minib. Belçikanın Konstitusiya Məhkəməsi isə müsəlmanların şikayərinə baxmayaraq, qərarı təstiqləyib.