Ərbəin ziyarəti zamanı koronavirusa yoluxanların sayında artım qeydə alınmayıb. Bu barədə sentyabrın 30-u shiawaves xəbər verib.

İraqın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə ziyarət günləri xəstəliyə yoluxanların sayı nəzərə çarpacaq dərəcədə azalıb. Ziyarət zamanı koronavirusdan ölənlərin sayı isə sıfıra bərabər olduğu bildirilib.

Ziyarətin ilk günündən etibarən Kərbəlada yalnız bir ölüm halı qeydə alınıb. Bu isə insan sayının çoxluğuna görə yaranan sıxlıq nəticəsində baş verib.

Məhərrəmlik avqustun 10-u daxil olub və sentyabrın 28-dək davam edib. Əza günlərindən əvvəl İraqda koronavirusa yoluxanların sayı 10-13 min insan civarında idi. Ərbəin mərasiminə yaxın günlərdə isə bu rəqəm 1-3 minədək enib. Son dəfə İraqda iki mindən az yoluxma bu ilin fevral ayında qeydə alınıb.