Çərşənbə günü, matəm günlərində Whoishussain (Hüseyn kimdir) xeyriyyə təşkilatı bütün dünyada yoxsullara yardım kampaniyası keçirib. Bu barədə Fondun  Twitter- hesabında məlumat verilib.

Fransa, Amerika, İngiltərə, Livan, Afrika və bir sıra başqa ölkələrdə aksiyalar keçirilib. Fond aztəminatlı ailələrə humanitar yardım göstərib. Kasıblara paltar, yemək, məktəb və digər ləvazimatlar verilirdi. Tədbirdə qanvermə aksiyası da keçirilib.

Fondun könüllüləri Hindistanda 320 ailəyə, Yaponiyada isə 400 ailəyə kömək ediblər. Onlara yemək, içməli su və maskalar verilib. Könüllülərdən birinin dediyinə görə, məhərrəmlikdə fond 40 gündür xeyriyyə işləri aparır. O bildirib ki, bu hərəkətlər İmam Hüseynin (ə) dünyanın hər yerində tanınmasına və insanlar arasında sülhün bərqərar olmasına kömək edib.

Whoishussain 2012-ci ildə Londondan olan gənclər tərəfindən yaradılıb. Fondun nümayəndələri dünyanın 60-dan çox şəhərində çalışırlar. Onlar həm kasıblara kömək edir, həm də orada İmam Hüseynin (ə) adını yayırlar.