Həzrəti Əbəlfəzlin (ə.s) hərəminin Rabitə Şöbəsi Kərbəlanın girişində olan elektron sayım sistemi vasitəsilə Ərbəin zəvvarlarının sayını açıqlayıb. Bildirilir ki, son altı ildə ziyarətə gələnlərin sayı ortalama 14 milyon təşkil edib. Bu barədə İQNA xəbər verib.
Son altı ildə Ərbəində zəvvar sayının statistikası:
- 2021-ci il – 16.327.542 nəfər zəvvar
- 2020-ci il – 14.553.308 nəfər zəvvar
- 2019-ci il – 15.229.955 nəfər zəvvar
- 2018-ci il – 15.322.949 nəfər zəvvar
- 2017-ci il – 13.874.818 nəfər zəvvar
- 2016-ci il – 11.210.367 nəfər zəvvar