Misirdə görmə qüsurlu 15 yaşlı yeniyetmə Quranı əzbərləyib. Bu barədə sentyabrın 29-u İQNA xəbər verib.
Verilən məlumata görə, misirli Abdullah Əmmar Məhəmməd Seyyid Quranı əzbərləmək üçün 3 ay 10 gün vaxt sərf edib.
Bundan əvvəl o, bəzi surə və ayələri Fransız və İngilis dillərində əzbərləyib. Yeniyetmənin nailiyyətlərinə görə o, Misirin Prezidenti tərəfindən iki dəfə mükafatlandırılıb. 2018-ci ildə Abdullah Əmmar Misirdə keçirilən Beynəlxalq Quran Hifzi yarışmasının qalibi olub.