Kompleks Naxçıvan Muxtar Respublikasının, Kəngərli rayonunun, Qarabağlar kəndində yerləşir. Abidə XII-XIV əsrlərdə memar Əhməd Naxçıvani tərəfindən inşa edilib.

Bu kompleks Qoşa minarəli baştağ və türbədən ibarətdir.

Qarabağlar türbəsinin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür. Səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş, kitabələrlə bəzədilmişdir. Türbənin yuxarısındakı kitabə nəsx xətti ilə işlənmişdir. Kitabədəki yazılar ağ hərflərlə həkk olunub. Qarabağlar türbəsin dörd baştağlıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində yerləşərək türbəyə dörd fasadlı görkəm verir.

Qarabağlar türbə kompleksi dövrümüzə qismən dağılmış şəkildə gəlib çatmışdır. Abidə 4 iyul 2016-cı ildə bərpa olunmuşdur. 5 iyul 2018-ci ildə isə istifadəyə verilmişdir.

Mənbələr:

  1. http://virtualnakhchivan.az/qarabaglar-turbe-kompleksi
  2. https://apa.az/az
  3. https://web.archive.org
  4. http://www.garabaglartk.nakhchivan.az
  5. https://nakhchivan.preslib.az
  6. https://stringfixer.com/ru/Garabaghlar_Mausoleum