Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) sədr müavini Azərbaycanda xarici dini təhsilin məqsədyönümlü olmadığını bildirib. Bu barədə 30 sentyabr tarixində DQDK-in saytında xəbər yayılıb.
Komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, xaricdə dini təhsil alan şəxsin din xadimi təyin olunmasına komitə tərəfindən razılıq verilməlidir. O, Azərbaycanda belə bir qanunun olmamasını qeyd edib. Sədr müavininin sözlərinə görə, qanunvericilikdə belə bir tələbin olmaması dövlətin xaricdə dini təhsil almağa münasibətini göstərir.
“İstər İran, istər başqa ölkə olsun, xarici dini təhsil almaq məqsədəuyğun hesab olunmur”, – Gündüz İsmayılov deyib. O, xaricdə qeyri-dini təhsil alanlar barədə də fikir bildirib. Sədr müavininin sözlərinə görə, riyaziyyat, mühəndislik, tibb və sair fənlər elm sayılır, din isə ideologiya. Dini təhsil cəmiyyətin və dövlətin təhlükə məsələsi ilə bağlıdır.
Gündüz İsmayılov qeyd edib ki, dini təhsilin keyfiyyətini artırmaq məqsədilə Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir. O, bunun ölkədə yüksək kadrlar yetişdirilməsi üçün edildiyini bildirilib. Sədr müavini ölkədə dini təhsil səviyyəsinin qaldırılması üçün DQDK-in dini konfessiyalar və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığın olmasını bildirib.
Azərbaycanın əksər din xadimləri təhsillərini xaricdə alıb. Onlar İran, İraq, Misir və Suriya kimi İslam mərkəzlərində oxuyublar. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də xaricdə dini təhsil alıb. O, ibtidai fənləri yerli din xadimlərindən öyrənib və 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub. 1975-ci ildə isə ali təhsilini Daşkənd İslam Universitetində tamamlayıb.