Pir Naxçıvanın Babək rayonunda, Sirab kəndinin mərkəzində yerləşir. Ziyarətgahda Mir Ağa adlı şəxs dəfn olunub.

Kəndin ağsaqqalları bildirirlər ki, Mir Ağa kənddəki məscid binasını xeyriyyəçiliklə tikdirərək adamları İslam dininə cəlb etmişdir. Vəsiyətinə görə, onu məscidin həyətində dəfn etmişdilər. Sonradan məzarın üstündə kiçik sərdabə tikdirib, qarşısında əkdiyi tut ağacını pir kimi ziyarətgaha çevirirlər.

Yolun kənarında qurumuş tut ağacının qalıqları yerləşir. Bu ağac Mir Ağa tərəfindən təxminən keçən əsrin əvvəllərində əkilmişdir, lakin 1930-cu ildə kolxoz sədri tərəfindən kəsilmişdir.

Bu pir Sirab və ətraf kəndlərin əhalisi tərəfindən ziyarət olunur, burada qurban kəsilib, ehsan verilir.

Mənbə:

  1. Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.