Sentyabrın 30-dan etibarən İraqda olan azərbaycanlı zəvvarlar ölkəyə geri qayıdırlar.
Ziyarətçilər Azərbaycan-İran sərhədinin çox hissəsinin bağlı qalması səbəbindən Azərbaycana Türkiyədən qayıdacaqlar. Onlar, İrandan avtobusla Türkiyəyə, oradan isə Naxçıvana yollanacaqlar. Daha sonra zəvvarlar Naxçıvan-Bakı reysi ilə evlərinə geri dönəcəklər.