30 sentyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Rusiyanın Yaroslavl şəhərində keçirilən VIII Parlament Forumunun videokonfransında iştirak edib. Bu barədə QMİ məlumat verib.
Forumda “Rusiya xalqlarının tarixi-mədəni irsinin dinlərarası dialoq prosesinə töhfəsi” mövzusu müzakirə olunub. Allahşükür Paşazadə çıxış edib və dinlərarası dialoqun önəmini vurğulayıb.