Məscid Yardımlı rayonunun Vərgədüz kəndi ərazisində yerləşir.
İbadətgahın divarları mişar daşlarından hörülüb. İbadət evinin yan və qarşı künc tərəfdən iki taxta qapısı var. Məscidin yan tərəfində beş taxta pəncərə yerləşir.
İbadət evinin dam örtüyü qırmızı kirəmitlə örtülüb. Damda azan vermək üçün kvadrat formalı günbəz var. Günbəzin damı dəmir təbəqə ilə örtülüb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.