Məscid Xızı rayonunun Məşədi Həsən kəndində yerləşir. İbadət evi Hacı Elman tərəfindən inşa olunub. O, məscidə öz babası Məşədi Həsən adını verib.

Məscid iki mərtəbədən tikilib. İbadətgahın binası daşdan tikilib, divarları isə mərmərlə işlənib. İbadət evinin döşəməsi taxtadandır. Məscidin bir günbəzi və bir minarəsi var. Günbəzin üstündə aypara rəmzi quraşdırılıb. Minarənin hündürlüyü 26 metr təşkil edir.

Hacı Elman xeyriyyəçi olub və Tatarıstanda ticarət üzrə səlahiyyətli nümayədə təyin edilib. O, 1989-cu ildə Məşədi Həsən kəndinin tikintisinə başlayıb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.