Bu il Ərbəində İmam Hüseyni (ə.s) 17 milyon zəvvar ziyarət edib. Bu barədə sentyabrın 28-i shiawaves xəbər verib.

İraqın Kərbəla şəhərinin valisi bildirib ki, bu rəqəm ümumi olaraq xaricilər və iraqlılarla birlikdədir. Zəvvarların daşınmasına təqribən 2 milyon avtomobil cəlb edilib.

Əbəlfəzl Abbasın (ə.s) hərəmi səfər ayının 20-i günorta saatlarınadək ziyarətgaha 16,4 milyon insanın gəlməsini açıqlayıb. Bu rəqəmlər artmaqda davam edir.

Son dəfə Kərbəlada 17 milyon zəvvar 2014-cü ildə olub. Ədətən hər il Ərbəin günü İmam Hüseynin (ə.s) məzarını təqribən 20-25 milyon insan ziyarət edir. Bu il Ərbəin günü sentyabrın 27-i qeyd olunub. Koronavirusa görə İraq höküməti xarici zəvvarlardan yalnız 80 min insanın ölkəyə gəlişinə icazə verib.