Məscid Məsallı şəhərinin mərkəzində yerləşir. İbadət evi 1846-cı ildə yerli sakin Mirabdulla bəy, oğlu Mircavad bəy və digər hacılar tərəfindən inşa edilib.
İbadətgah qırmızı kərpicdən tikilib. Məscidin bir dördguşəli günbəzi var. Məscidin iki girişi var. İbadət zalı taxta şəbəkə ilə kişi və qadın zallarına bölünüb. İbadətgahın həyətində mədrəsə, kitabxana, mərasim zalı və dəstəmaz xana var.
Sovet dövründə məscidin minarəsi dağıdılıb, bina isə anbar kimi istifadə edilib. Sonralar dağıdılmış minarə bərpa edilib. 1989-cu ildə yerli sakinlərin təşəbbüsü ilə məscid yenidən fəaliyyət göstərməyə davam edib. 1990-cı ildə ibadət evinin girişinə eyvan əlavə edilib. 1997-ci ildə abidədə təmir-bərpa işləri görülüb.
Masallı şəhəri Cümə məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://www.youtube.com
- http://www.mct.gov.az