Məscid Masallı rayonunun Qədirli kəndində yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aid edilir.

Məscid düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin döşəməsi torpaqdan, tavanı isə taxtadandır. İbadət evinin minarəsinin hündürlüyü 8 metrdir.

Masallı rayonu Qədirli kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. http://www.mct.gov.az