Məscid Masallı rayonunun Bədalan kəndində, Dəmirçi məhəlləsində yerləşir. İbadət evi XIX əsrdə yerli ustalar tərəfindən inşa edilmişdir.
Məscid düzbucaqlı formada tikilib, divarları qırmızı kərpicdən hörülüb. İbadətgahın döşəməsi torpaq, tavanı isə taxtadandır. Məscidin iki giriş qapısı, dörd pəncərəsi var. İbadət evinin damı kirəmitlə örtülüb. Damında azan vermək üçün kvadrat formalı günbəz inşa edilmişdir.
Bədalan kənd məscidi yerli əhəmiyyətli abidədir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- https://www.youtube.com
- http://www.mct.gov.az