Məscid Lənkəran rayonunun Liman şəhərində yerləşir. İbadət evi 1990-cı ildə yerli sakinlər tərəfindən inşa edilib. Məscid, həmçinin “Sovxoz ərazi Rəsul Rza məscidi” kimi də adlandırılır.. Buna səbəb ibadət evinin eyni adlı küçədə yerləşmasidir. İbadətgah Liman şəhərində olan iki Cümə məscidindən biridir.
Məscid Liman Cümə məscidi ortadan iki hissəyə bölünüb. Böyük hissə kişilərin, kiçik hissə isə qadınların ibadət zalıdır. İbadət evinin minarəsi yoxdur. İbadətgahın ön tərəfində tağvari formada dörd pəncərəsi və iki qapısı var.
23 sentyabr 2013-cü ildə Liman Cümə məscidi dövlət tərəfindən qeydiyyata alınıb. 2014-cü ildə burada əsaslı təmir işləri aparılıb.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.