İran 23 oktyabr tarixində quru sərhədlərini açacaq. Bu barədə sentyabrın 27-i maide xəbər verib.

Ölkə prezidenti İbrahim Rəisi sərhədlərin açılması barədə aidiyyatı qurumlara göstəriş verib. Qeyd olunur ki, İrana giriş üçün turistlərin peyvənd pasportu olmalı və onlar PCR testinin nəticələrini təqdim etməlidirlər.

İranın Azərbaycanla olan sərhədləri yalnız Naxçıvan Muxtar Respublikasından açılacağı bildirilib. Astara, Biləsuvar və diqər sərhəd məntəqələrinin açılması barədə məlumat verilməyib. İrana giriş şəxsi avtomobillə mümkün olacaq.

Azərbaycandan İrana yollanan zəvvarların əksəriyyəti İran ərazisinə Astara və Biləsuvar rayonlarından keçirlər. İki ölkə arasında sərhədlər təqribən 19 ay müddətində bağlı qalıb. Bu müddət ərzində Ərbəin və Məşhəd ziyarətinə yollanan zəvvarlar səfərlərini hava yolu ilə emək məcburiyyətində idilər.