Məscid Masallı rayonunun Böyük Kolatan kəndinin Bağıroba məhəlləsində yerləşir. İbadət evi 1884-cü ildə yerli əhali tərəfindən inşa olunub.

İbadətgah düzbucaq formaya malikdir və mişar daşından inşa olunub. Məscidin tağvari formada pəncərələri və iki giriş qapısı var. Pəncərələr rəngli şüşələr ilə işlənib. Giriş qapıların önündə iki pilləkən salınıb.

İbadət evində dairəvi formada bir günbəz və iki minarə inşa olunub. Günbəz və minarələrin qübbəsi dəmir təbəqə ilə işlənib.

Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1950-ci ildə dam dağınıq vəziyyətdə olduğundan yerli sakin Əsəd Nəhmət oğlunun təşəbbüsü ilə təmir edilib. 1980-ci ildə isə kənd sakinləri Sərhəng Sadıxov, Xıdır Dadaşov, Aslan Sadıxov, Ağazahir Səmədov, Hacıəli Məmmədov, Əliağa Kişiyev tərəfindən dam örtüyü linglə qaldırılıb. 1989-cu ildən İbadətgah məscid kimi fəaliyyətinə davam edib.

2002-ci ildə məscidin imamı Hacı Nadir Xıdır oğlunun təşəbbüsü və yerli əhalinin maddi vəsaiti ilə ibadətgah sökülərək yenidən tikilib.

Mənbə:

  1. https://cenub.az

Masallı rayonu Bağıroba məscidi Masallı rayonu Bağıroba məscidi Masallı rayonu Bağıroba məscidi