Məscid Ucar rayonunun Alpout kəndinin ərazisində yerləşir. İbadət evi 1950-1960-ci illərdə inşa edilib. İbadətgah, həmçinin Həzrət Abbas məscidi adlandırılır.

Məscid düzbucaq formadadır və mişar daşlarından tikilib. İbadət evinin damı şifer ilə üzlənib. İbadətgahın ön tərəfində eyvan yerləşir. Məscidin həyətində əlavə yardımçı otaqlar inşa olunub.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.