Bugün, 27 sentyabr tarixində Şuşada, Yuxarı Gövhər Ağa məscidində anım mərasimi keçirilib. Bu barədə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov öz Twitter hesabında paylaşıb.

Mərasimdə 44 günlük müharibənin şəhidləri yad edilib və onların ruhuna dualar oxunulub.

Bugün Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd edilir. Ölkədə Anım Günü ilə bağlı tədbirlər keçirilir. Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad ediləcək.