Məscid Sabirabad rayonunun Türkədi kəndinin ərazisində yerləşir. İbadət evi 1990-cı ildə inşa edilib.
Məscid düzbucaq formadadır. İbadət evinin damı ağ dəmir təbəqə ilə örtülüb. Məscidin zalı iki hissəyə bölünüb: qadınlar və kişilər şöbələri. İbadətgahın minbəri yerli sakin Hacı Əlabbas tərəfindən düzəldilib. İbadət evinin qoşa minarəsi var, günbəzi isə yoxdur. Minarələr kərpicdən inşa edilib və hündürlüyü 10 metrdir. Minarələrin üstündə aypara rəmzi quraşdırılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.